Sunday, October 27, 2024

Glossary of Onomastic Units in Nəsimi’s Language Now Available in Uzbek

 link

In an exciting development for linguistics and intercultural exchange, the glossary "Glossary of Onomastic Units Used in Nəsimi’s Language (Religious-Poetic Onomasticon)," authored by Dr. Khadija Heydarova, has now been translated into Uzbek. Dr. Heydarova, Head of the Azerbaijani Language History Department at the Nasimi Institute of Linguistics, originally published this glossary in 2023, and it has since been translated by Dr. Gulsenam Norova, an associate professor at the Uzbek Language and Literature Department of Navoi Pedagogical Institute.

The glossary's launch was celebrated in Navoi, Uzbekistan, with a special event that welcomed Dr. Heydarova and senior researcher Sevinc Safarova from the Institute of Linguistics of Azerbaijan. The presentation began with an address by Dr. Feruza Ruziyeva, who spoke of the productive scholarly exchange between Azerbaijan and Uzbekistan, noting that this translation emerged as a valuable outcome of her academic visit to Azerbaijan in December 2023.

In her remarks, Dr. Norova highlighted the scholarly importance of the glossary, which explores the religious and philosophical onomastic units that feature prominently in the 14th-century Sufi literature of the celebrated Azerbaijani poet Imadaddin Nasimi. Unlike conventional alphabetical dictionaries, this glossary is arranged according to thematic categories, covering groups such as “Mythonyms” (mythological names), “Anthroponyms” (names of people), “Toponyms” (place names), “Ctematonyms” (names of objects), and “Peripheral Onomastics.” These sections provide new linguistic insights, explaining each term’s meaning and stylistic nuances. Notably, Dr. Heydarova’s work marks the first time in Azerbaijani linguistics that teonyms (names of deities) are studied in depth, shedding light on both monotheistic and polytheistic elements in Nasimi’s writings. The glossary also features interpretive comments on relevant verses, offering readers a nuanced perspective on Nasimi’s philosophy and worldview.

Dr. Nigora Murodova, a professor from the Navoi Pedagogical Institute, praised this translation as an important step in expanding scientific collaboration between Azerbaijan and Uzbekistan, with plans to incorporate the glossary as a teaching resource in the institute's Uzbek Language and Literature Department.


During her stay in Uzbekistan, Dr. Heydarova participated in conferences at the Navoi Pedagogical Institute and the National University of Uzbekistan, engaging with students in lectures about her work. She also visited the Heydar Aliyev Azerbaijan Cultural Center in Tashkent, where she donated a copy of her other influential work, "The Dictionary of Heydar Aliyev's Political Language."

This new translation not only expands the reach of Azerbaijani scholarship but also underscores the shared cultural and intellectual heritage between Azerbaijan and Uzbekistan. The glossary will now serve as an invaluable resource for Uzbek students, deepening their understanding of Nasimi’s profound impact on Sufi literature and onomastics.


Bakı, 23 oktyabr, AZƏRTAC


AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın 2023-cü ildə nəşr olunmuş “Nəsiminin dilində işlənən onomastik vahidlərin izahlı lüğəti (dini-poetik onomastikon)” adlı əsəri Nəvai Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasının dosenti Gülsənəm Norova tərəfindən özbək dilinə tərcümə edilib.

Kitabın Özbəkistanın Nəvai şəhərində keçirilən təqdimat mərasiminə Azərbaycandan əsərin müəllifi Xədicə Heydərova və Dilçilik İnstitutunun böyük elmi işçisi Sevinc Səfərova da dəvət edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri dosent Feruza Ruziyeva açaraq 2023-cü ilin dekabr ayında Azərbaycanda ezamiyyətdə olarkən keçirdikləri görüşlər haqqında məlumat verib və bu ezamiyyətin elmi nəticəsinin Xədicə Heydərovanın əsərinin özbək dilinə tərcümə edilərək dərs vəsaiti kimi istifadə edilməsi olduğunu bildirib.

Sonra çıxış edən dosent Gülsənəm Norova əsərin elmi dəyərindən söz açıb. O bildirib ki, lüğət XIV əsr Azərbaycan təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi olan İmadəddin Nəsiminin dini-fəlsəfi görüşlərini əks etdirən onomastik vahidləri əhatə edir. Lüğət əlifba sırası ilə deyil, predmet-tematik prinsiplə tərtib edilib. Burada onimlər sistemləşdirilərək “Mifonimlər”, “Antroponimlər”, “Toponimlər”, “Ktematonimlər”, “Periferik onimlər” adı altında qruplara ayırır və onlara dilçilik aspektində yeni bir baxış həyata keçirilir, sözün mənası açılır, zəruri üslubi xarakteristikası verilir. Onomastik vahidlərin məna çalarları şərh edilir. Xədicə Heydərova bu əsərində Azərbaycan dilçiliyində ilk dəfə olaraq teonimləri tədqiqata cəlb edib və lüğətə əlavə edib. Bölgüyə əsasən belə məlum olur ki, Nəsimi əsərlərində həm təkallahlılıq, həm də çoxallahlılıqla bağlı teonimlərdən istifadə edib. Lüğət məqalələrində yeri gəldikcə beytin şərhinə də yer verilir. Müəllifin belə bir təcrübəyə əl atması Nəsiminin xüsusi isimlər aləminin təsnifatını, əqidə və düşüncə mənzərəsini yaratmaq məqsədi daşıyır. Təqdim edilən lüğətdən belə aydın olur ki, Nəsimi yaradıcılığının nüvəsini məhz mifoloji leksika təşkil edir. Lüğətin tərtibi nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən professor Nigora Murodova bildirib ki, özbək dilinə tərcümə edilən bu əsər iki ölkə arasında elmi əməkdaşlığın genişlənməsinə, Azərbaycan elminin Özbəkistanda tanınmasına xidmət edir və lüğətdən Nəvai Pedaqogika İnstitutunun Özbək dili və ədəbiyyatı kafedrasında tədris vəsaiti kimi istifadə olunacaq.

Xədicə Heydərova Özbəkistanda olarkən Nəvai Dövlət Pedaqogika İnstitutunda və Özbəkistan Milli Universitetində təşkil olunmuş konfranslarda məruzələrlə çıxış edib. O, bu ali təhsil müəssisələrində tələbələrlə görüşlər keçirib, yazdığı kitablar haqqında mühazirələr oxuyub.

Dilçilik İnstitutunun əməkdaşları Daşkənddə olarkən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə də dəvət ediliblər. Xədicə Heydərova müəllifi olduğu “Heydər Əliyevin siyasi dilinin lüğəti” əsərini Mərkəzə hədiyyə edib.

No comments:

Post a Comment